Joker Bet Casino
3.3

Joker Bet Casino

100%
ilk depozit
Home » Joker Bet Casino
Pros
  • Lisenziyalı və təhlükəsiz onlayn platforma
  • 2000+ kazino oyunu təklif edir
  • Səxavətli bonus proqramına sahibdir
  • Depozit və çıxarışlar üçün minimum limitlər yoxdur
  • Platforma mobil üçün tam uyğunlaşdırılıb
Cons
  • Azərbaycan dilini dəstəkləmir
  • Bəzi oyunlardsa maksimum uduş üçün limitlər mövcuddur

Joker Bet Casino Azərbaycan bazarında fəaliyyətinə yeni başlamış, lakin Türkiyədə 2017-ci ildən bəri fəaliyyət göstərən tanınmış bir onlayn kazino və mərc platformasıdır. Sayt, geniş çeşidli oyun kolleksiyası ilə bərabər, səxavətli bonus təklifləri ilə seçilir. İlk depozit bonusu təklifi və ümumiyyətlə, bu yeni sayt haqqında ətraflı məlumat üçün məqaləmizi sonacan oxuyun.

Joker Bet Casino haqqında ümumi məlumat

Joker Bet gənc olmasına rəğmən, artıq adından söz etdirməyi bacarmış etibarlı bir platforma kimi önə çıxır. Curaçao tərəfindən lisenziyalaşdırılmış kazino saytı bir neçə dildə olmaqla, bir sıra ölkələrdə kazinosevərlərə öz xidmətlərini təklif edir. Onların müştəri xidmətləri 24/7 rejimdə suallarınızı cavablandırmağa hazırdır.

Kazino saytı ilə bağlı əsas məqamlar cədvəldə təsvir edilmişdir:

Xoş gəldin bonusu 55 AZN-ə qədər 100%
Təsis ili 2017
Təsis olunduğu ölkə Türkiyə
Hesab valyutaları TRY
Lisenziyası Curaçao 1668/JAZ
Telefon dəstəyi Mövcuddur
Canlı çat 24/7
E-poçt support@jokerbet.com
Dillər Türkcə, İngiliscə, Fransızca, Almanca, Ərəbcə və s.
Yoxlanış üsulları Şəxsiyyət vəsiqəsi (və ya pasport, sürücülük vəsiqəsi)
Mobil sayt versiyası Bəli
iOS tətbiqi Xeyr
Android tətbiqi Bəli
Minimum mərc 1 TL
Maksimum mərc 100.000 TL
Əlavə xüsusiyyətlər Minimum limitsiz depozit və çıxarışlar

Joker Bet Casino bonusları

Jokerbet casino bonuses

Etiraf etmək lazımdır ki, Joker Bet-in bonuslar cəhətdən bu qədər zəngin və səxavətli olacağını biz də zənn etmirdik. Kazinoda bonusların siyahısı o qədər uzun idi ki, onları tam nəzərdən keçirməyimiz xeyli zamanımızı aldı.

Joker Bet Casino xoş gəldin bonusu, keşbek, təkrar depozit bonusu, ad günü bonusu və daha bir çox bonus təklif edir. Onların siyahısı çox geniş olduğu üçün burada hamısından bəhs edə bilmirik. Odur ki, tam siyahı ilə saytın “Bonuslar” bölməsində özünüz detallı tanış ola bilərsiniz.

Joker Bet Casino xoş gəldin bonusu

Joker Bet Casino minimum 5 AZN-dən yuxarı ilk depozitinizə 55 AZN-ə qədər 100% xoş gəldin bonusu təklif edir. Bu bonusu əldə etmək üçün oyunçular depozitlərini yatırdıqdan dərhal sonra canlı dəstək ilə əlaqə saxlamalıdırlar. Unutmayın ki, 24 saat ərzində tələb olunmamış bonuslar itirilmiş olacaq.

Bonusu real vəsaitə çevirmək üçün oyunçular bütün kazino oyunlarında 20x mərc tələbini yerinə yetirməlidirlər. Bunu etmək üçün istifadəçilər toplamda 30 gün müddətə sahibdir. Onu da yaddan çıxarmayın ki, bu bonusla idman mərclərinə qoyulan vəsaitlər mərc tələbləri baxımından nəzərə alınmır.

Joker Bet VİP bonuslar

Kazino, həmçinin üç səviyyəli eksklüziv VIP bonuslar təklif edir: Silver, Gold və ya Platinum. Silver VIP statusu əldə etmək üçün oyunçular ən azı ay ərzində 5000 AZN itirməlidirlər. Bu səviyyədəki oyunçular hər gün 4500 AZN çıxarış limitinə sahib olacaq və 25 AZN əldə edə bilərlər.

Gold VIP faydaları üçün zərər limiti 10000 AZN-ə qədər yüksəlir. Qızıl üzvlər gündəlik 6000 AZN məbləğində vəsait çıxarma imtiyazı və 50 AZN bonus əldə edirlər.

Platinum VIP üzvlük üçünsə minimum 15000 AZN xalis zərər tələb olunur. Platinum üzvləri üçün gündəlik 7500 AZN gündəlik pul çıxarma limitinə sahib olurlar və 75 AZN bonusla mükafatlandırılırlar.

Pragmatic Play oyunları üçün pulsuz fırlatmalar

Yəqin ki, Pragmatic həvəskarları üçün bundan yaxşı təklif ola bilməz. Belə ki, bet Joker bu aksiya çərçivəsində sizə 1000-ə qədər pulsuz fırlatma əldə etmək imkanı təklif edir. Aksiyada iştirak etmək üçün sadəcə minimum 5 AZN depozit etməli və depozitdən dərhal sonra “Bonus Talep” düyməsinə basmalısınız.

Siz alınan bonus məbləğinin 40 mislinə qədər qazana bilərsiniz. Uduşlarınızı nağdlaşdırmaq üçünsə ilk depozitiniz və pulsuz fırlatmalardan əldə edilən qazanc 10 dəfə mərc edilməlidir. Siz bu promosyondan gündə maksimum iki dəfə yararlana bilərsiniz.

Joker Bet Casino-da necə qeydiyyatdan keçmək olar

Jokerbet registration

Saytda qeydiyyatdan keçmək üçün olduqca asan bir forma təqdim olunur. Siz sadəcə əksər kazinolarda olduğu kimi əsas məlumatları doldurmaqla, hesabınızı yarada bilərsiniz. Qeydiyyat prosesi ilə aşağıda addım-addım təlimatımızda tanış ola bilərsiniz:

  1. Veb-sayta daxil olun: İlk iş saytımızda yerləşdirilən linkə klikləyərək, Joker Bet rəsmi saytına giriş etməkdir.
  2. Qeydiyyat düyməsini basın: Daha sonra veb-saytın yuxarı sağ küncündə yerləşən “Kayıt” düyməsini basın.
  3. Qeydiyyat formasını doldurun: Ad, soyada, doğum tarixi kimi şəxsi məlumatlarınız, habelə telefon nömrəsi və e-poçt kimi əlaqə məlumatlarınızı daxil edin.
  4. Qeydiyyatı tamamlayın: Formanı doldurduqdan və şərtlərlə razılaşdıqdan sonra “Kayıt” düyməsinə klikləyin və hesabınızı yaradın.

Pul çıxarışları etmək üçün siz kimlik təsdiqləmə prosesindən keçməlisiniz. Bunun üçün sadəcə platformaya vəsiqənizi yükləmək kifayət edəcək.

Joker Bet Kazino Oyunları

Joker Bet Casino-da hər kəsin könlünü xoş tutacaq çox sayda oyun mövcuddur. Ümumi sayı 2000-dən çox olan bu kazino oyunları arasında slotlar, stolüstü oyunlar və canlı kazino oyunları kimi bütün oyun növləri yer alır. Oyunlar yüksək keyfiyyəti ilə seçilir və böyük qazanc imkanları təqdim edir.

Joker bet kazino slotları

Platformanın oyun kataloqunun əsas hissəsi slotlardan ibarətdir. Burada hər bir oyunçu istədiyi növ slotu – klassik, 3D və ya artan cekpot slotu tapa bilər. Özü də bu slotlar Microgaming, Playtech və NetEnt kimi nəhəng şirkətlərdən əldə edilir. Keyfiyyətli qrafika və yüksək qazanc imkanları ilə bu slotlar əyləncəni maksimum səviyyəyə çatdırır.

Jokerbet casino games

Joker bet kazino stolüstü oyunlar

Slotlar qədər olmasa da, Joker Bet onlayn kazino stolüstü oyunlar üçün də geniş imkanlar təqdim edir. Rulet, blekcek, bakkarat platformada böyük bir say ilə təmsil olunur. Onlar, həmçinin Sic Bo, Craps, video poker kimi başqa seçimlərə də sahibdirlər. Çeşidliliyin çox olması təkcə əyləncə seçimlərini artırnır, eyni zamanda, masa limitləri baxımından daha inklüziv bir ortam yaradır.

Joker bet-də canlı kazino oyunları

Canlı kazino yuxarıda sadalanan oyunların real krupiyerlərlə oynanan versiyalarıdır. Bu oyunlar HD formatda birbaşa oyun studiyalarından yayımlanmaqdadır. Joker Bet kazino müxtəlif mərc limitləri ilə hər büdcəyə uyğun yüzlərlə canlı diler seçiminə sahibdir. Buradakı canlı Joker Bet Tv oyunlar Evolution, Pragmatic Play Live, Atmosfera kimi toplamda nə az, nə çox – tam 22 provayderdən təmin olunur.

Joker bet kazino kart oyunları

Joker Bet Casino AZ, kart oyunları cəhətdən zəngin bir təcrübə təmin edir. Burada poker, blekcek və bakkarat kimi məşhur oyun növləri ilə bərabər, Teen Patti, Andar Bahar kimi daha fərqli kart oyunları da istifadəçilərə təqdim olunur. Hər oyunun bir neçə versiyası var və yaxşı xəbər odur ki, onların əksəri (canlı diler variantları xaric) demo versiyada da əlçatandır.

Qəza oyunları

Bunlar sürətli və bəsit oynanışa malik yeni nəsil kazino oyunlarıdırlar. Kateqoriyanın ən tanınmış oyunlarına Aviator və JetX kimi məşhur oyunlar daxildir. Yeri gəlmişkən, bu oyunları və daha bir çox başqa qəza oyununu Joker Bet onlayn kazino saytında tapa biləcəksiniz. Onları ən uyğun limitlərlə real pullu rejimdə və ya tamamilə pulsuz olaraq, demo rejimdə sınamaq mümkündür.

Joker Bet Casino-da lotereyalar, binqo və keno

Joker bet giriş etdikdən sonra ekranın ortasında Super Bingo adlı bölmə görəcəksiniz. Bu bölmə lotereya tipli oyun növünün həvəskarları üçün nəzərdə tutulmuş xüsusi bölmədir. Bölmədə hər limitə uyğun bir çox binqo və lotereya çeşidi tapmaq mümkündür. Bununla bərabər, kazinoda canlı və RNG formatda başqa binqo, keno oyunları da mövcuddur.

Joker Bet Casino Ödəniş Üsulları

Heç bir limit olmadan depozit və pul çıxarışları etmək? Sizə təəccüblü gələ bilər, amma Jeton Bet-də bu mümkündür. Kazinoda bəzi ödənişü üsulları üçün minimum limit təyin edilsə də, bəziləri tamamən limitlər azaddır. Ödəniş üsullarının siyahısı da olduqca genişdir və az qala, bütün mövcud seçimləri əhatə edir.

Təklif olunan ödəniş üsullarının siyahısına daxildir:

  • Bank kartları: Bank Transferi, Anında Havale, Cepbank
  • e-Pulqabılar: Papara, Payco, Mefete, Jeton və s.
  • Kriptovalyuta: Bitcoin, Etherium, Tether və s.

Saytda depozitlər sadəcə saniyələr içində gerçəkəşir. Pul çıxarışları da elə depozitlər qədər sürətlidir. Kazinonun saytında yer alan məlumata əsasən, bu əməliyyatlar sadəcə 30 dəqiqədən 2 saata qədər gerçəkləşir. Ancaq bəzi hallarda müddət 12 saata qədər arta da bilər. Qeyd edək ki, həm maksimum depozit, həm də çıxarış limiti 5000 AZN ilə məhdudlaşır.

Joker Bet Mobil Kazino

Jokerbet casino mobile

Mobildən oynamaq istəyənlər üçün Joker Bet Casino alternativsiz bir platforma təqdim edir. İstifadəçilər istənilən ağıllı cihazla kazinonun veb-saytına daxil ola və bütün sayt xidmətlərindən yararlana bilərlər. Bununla birlikdə, daha üstün və daha təkmil performans üçün istifadəçilər, həmçinin kazinonun mobil tətbiqini Android cihazlarında quraşdırmaq imkanına sahibdirlər.

  1. Android Proqramını necə yükləmək olar:
  2. Cihazınızdan Joker Bet giriş edin.
  3. Əsas səhifənin ən altına enin və burada indir Android düyməsinə klikləyin.
  4. Yeni səhifədə APK faylını əldə etmək üçün yükləmə linkinə klikləyin.
  5. Cihazınıza Google Play Store-dan kənar proqramlar quraşdırmasına icazə verin.
  6. Yüklənmiş faylı açın və “Quraşdır” düyməsinə basın.

Ancaq iOS cihazları üçün hələlik tətbiq mövcud deyil. Bununla belə, tətbiqin yoxluğunu çox da hiss etməyəcəksiniz. Çünki cihazınızdakı istənilən brauzerlə kazinonun saytına daxil olmaqla, sevimli oyunlarınızı yüksək keyfiyyətdə oynamağa davam edə bilərsiniz.

Joker Bet Casino icmal

Dediklərimizi yekunlaşdırsaq, hasil olan nəticə odur ki, Joker Bet gənc olmasına baxmayaraq, kifayət qədər cəlbedici bir platforma olaraq fərqlənir. Onun zəngin oyun kolleksiyası slot oyunları, canlı dilerlər də daxil olmaqla, 2000-dən çox oyunu əhatə edir. Bir sözlə, oynamaq üçün hər şey var. Elə bu sözümüzü bonuslara da şamil edə bilərik. Kazinoda hər növdə bonuslar tapmaq mümkündür.

Onlar geniş çeşidli ödəniş üsulları, limitsiz depozit və çıxarış imkanı, mobil oyun üçün əlverişli platforma təqdim edirlər. Müştəri xidmətləri isə fasiləsiz olaraq çalışır. Ancaq saytın azərbaycancanı dəstəkləməməsi və çıxarışlar üçün limitlərin təyin olunması bir az üzücü məqamlar idi. Nəhayət, yeni kazino saytı istəyən oyunçular üçün Joker Bet onlayn kazino nəzərə alınmağa dəyər seçimdir.

Tez-tez verilən suallar

?

Joker bet təhlükəsiz və qanuni kazinodurmu?

Bəli, Joker Bet təhlükəsiz və leqal bir kazinodur. O Curaçao eGaming tərəfindən lisenziyalaşdırılıb və eyni zamanda, müasir şifrələmə texnologiyaları ilə məlumatlarınızı qoruyur. Başqa sözlə desək, bura hər kəs “qoruyucu çətir”in altındadır.

?

Hansı bonuslar və promosyonlar edir?

Jokerbet, müştərilərinə ilk depozitdə 55 AZN-ə qədər 100% bonus, VİP bonus, pulsuz fırlatmalar, 25% depozit bonusu və daha bir çox bonus imkanı təqdim edir. Bonusların tam və güncəl siyahısı kazinonun “Bonuslar” bölümündə təqdim olunmaqdadır.

?

Joker bet-də hansı ödəniş üsulları qəbul edilir?

Sayta bank transferi, e-Pulqabılar və kriptovalyutalar vasitəsilə depozit qoya və pul çıxarışı edə bilərsiniz. Nə depozit, nə də pul çıxarışı üçün bir minimum limit yoxdur. Depozitləriniz anında, çıxarışlarınız isə 2 saata qədər hesabınıza köçürüləcək.

Joker Bet Casino Details

Payment Methods
Licences
Currencies
100%
ilk depozit
3.0
Trust & Fairness
3.0
Games & Software
4.0
Bonuses & Promotions
3.0
Customer Support
3.3 Overall Rating
SlotSee veb-saytı yalnız məlumat məqsədi daşıyır. Biz oyunçuların mərclərini və ya ödənişlərini qəbul etmirik, bütün rəylər müstəqil və dürüst təhlil əsasında təqdim olunur. Saytımızda filial bağlantıları var, yəni bu linklərə klikləsəniz və qeydiyyatdan keçsəniz, biz komissiya qazana bilərik, lakin bizim məqsədimiz məlumatlı seçimlər etməyinizə kömək etmək üçün qərəzsiz məlumat verməkdir.